Azərbaycan neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının uzadılmasını vacib hesab edir

Azərbaycan neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının uzadılmasını vacib hesab edir
22:08 18 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşma öz effektivliyini sübut edib və iyun ayından sonra uzadılmalıdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə deyib.

P.Şahbazov bildirib: "Razılaşmanın uzadılması haqqında suala cavab verərək, hesab edirəm ki, bəli".

Nazir əlavə edib: "İki il ərzində əməkdaşlıq öz əsaslılığını sübüt edib və nəticələr bü gün göz qabağındadır. Mən düşünürəm ki, bu əməkdaşlıq uzadılmalıdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3064392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR