Niderland təmsilçisi "Eurovision - 2019"un qalibi olub

İsrailin Təl-Əviv şəhərində keçirilən “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

“Dare to Dream” ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan yarışda Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb.

Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sırada başa vurub.

Qeyd edək ki, Niderland “Eurovision” mahnı yarışmasında 58 dəfə iştirak edib və bu qələbə ilə 5-ci dəfə müsabiqəyə ev sahibliyi edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR