Dünyada hər ay ən azı bir xalqın dil yox olur - YUNESKO

Dünyada hər ay ən azı bir xalqın dil yox olur - YUNESKO
12:29 19 May 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada hər ay ən azı bir xalqın dili məhv olur.
 
ONA-nın məlumatına görə, bunu "RİA Novosti"-yə YUNESKO-nun şöbə müdiri Boyan Radoykov bildirib.
 
B. Radoykov deyib ki, ayda bir dəfə, bəzən də bir həftədə, iki həftədə dünyada bir dil sıradan çıxır: "YUNESKO məhv olmaq təhlükəsi ilə üzləşmiş dillərin atlasını yaradıb. Biz bununla həmin dilləri qorumağa və gələcək nəsillərə çatdırmağa çalışırıq.  Hazırda dünyada 5-6 min arasında köklü dillər var. Böyük ehtimalla, növbəti 50 ildə dünyadakı dillərin yarısı olmayacaq. Elə dil var ki. 2-3 nəfər danışır, onlar öldükdən sonra həmin dili yaşadanlar qalmır".
 
Qeyd edək ki. BMT Baş Assambleyası 2019-cu ili Xalqların Dilləri İli elan edib. Məqsəd dillərin qarşılaşdığı risklərə diqqət çəkməkdir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/314999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR