Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir - FOTO

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir - FOTO
13:05 19 May 2019
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).

Çempionatın sonuncu günündə əvvəlcə gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 halqa və 5 lentlə yarışların finalında güclərini sınayacaq. Sonra böyük gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə medallar uğrunda yarışacaqlar.

Azərbaycanı yarışlarda Marina Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadədən ibarət qrup hərəkətləri üzrə yığma təmsil edir. Komandamız 5 halqa ilə yarışlarda iştirak edəcək. Fərdi proqramda isə Azərbaycan təmsilçisi Zöhrə Ağamirova gürzlər və halqa yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/756132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR