Arina Averina qızıl medal qazanıb

Arina Averina qızıl medal qazanıb
16:29 19 May 2019
97 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Rusiyalı gimnast Arina Averina Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının halqa ilə hərəkətlərdə qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, A.Averina 22.850 bal toplayıb.

İkinci yeri 22.050 bal toplayan Rusiyalı gimnast Aleksandra Soldatova tutub, üçüncü yerdə 21.800 xal toplayan Bolqarıstan nümayəndəsi qərarlaşıb.

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının final mərhələsinın yarışları davam edir.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3064524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR