Kapitan klubdan gedir

"Mançester Siti"nin kapitanı Vensan Kompani komandanı tərk edir.

Metbuat.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.

İngiltərə kubokubunun "Uotford"la dünən keçirilən oyunu (6:0) belçikalı müdafiəçinin Mançester təmsilçisində sonuncu matçı olub.

Qeyd edək ki, 2008-ci ildən "Mançester Siti"nin formasını geyinən Kompani 4 dəfə İngiltərə çempionu, 2 dəfə İngiltərə kuboku, 4 dəfə Liqa kuboku, 2 dəfə isə İngiltərə Superkubokunun qalibi olub. 2011-ci ildən kapitanlıq sarğısını daşıyan 33 yaşlı futbolçu "Siti"də ümumilikdə 360 oyun keçirib və 20 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR