120 min Pentaqon əsgəri üçün hazırlıq başladı - ABŞ-ın məqsədi...

120 min Pentaqon əsgəri üçün hazırlıq başladı - ABŞ-ın məqsədi...
17:33 19 May 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ ilə İran arasında siyasi gərginlik davam edərkən Vaşinqton Tehrana qarşı Körfəz ölkələri ilə əməkdaşlığı genişləndirmək cəhdləri edir.

Publika.az xəbər verir ki, ötən gün ABŞ ilə Körfəz Əməkdaşlıq Şurasının hərbi nümayəndələrinin iştirak etdiyi Manama toplantısında Pentaqonun Körfəz ölkələrinin sularında və torpağında yenidən yerləşdiriləcəyi ilə bağlı qərar qəbul olunub.

“Şərkül Əvsat” nəşrinin xəbərinə görə, Səudiyyə Ərəbistanı və bəzi Körfəz Əməkdaşlıq Şurası ölkələri ABŞ qüvvələrini regionda yerləşdirmək tələbini qəbul edib. Xəbərdə o da qeyd olunub ki, ABŞ Tehrana qarşı savaşmaq istəmir, sadəcə “gözünü qorxutmaq” niyyətindədir.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Trampın İranın işğalı üçün 120 min əsgəri bölgəyə göndərmək istədiyi açıqlanmışdı.

ABŞ daha öncə “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə 4 nüvə potensiallı B-52 bombardman təyyarələrini körfəzə yollamışdı. Pentaqon daha sonra İrandan gələ biləcək hücum ehtimallarına qarşı “Patriot” hava hücumundan müdafiə sistemi və “USS Arlington” amfibiya gəmisini bölgəyə göndərdiyini bildirmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/279201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR