Şamaxıda sürücü maşını aşırıb, 3 yaşlı uşaq ölüb

21:02 19 May 2019
34 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, saat 20:00 radələrində Şamaxı-Pirqulu yolu ilə Şamaxı istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Nəticədə maşında olan 3 yaşlı uşaq hadisə yerində dünyasını dəyişib, valideynləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samaxida-surucu-masini-asirib-3-yasli-usaq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR