Vazelini kirpiklərinizə sürtün və... - İNANILMAZ FAYDALARI

Vazelini kirpiklərinizə sürtün və... - İNANILMAZ FAYDALARI
22:05 19 May 2019
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Vazelin dəriyə qulluq vasitələri arasında ən faydalı kremlərdən biridir. Milli.Az lent.az-a istinadən həm gözəllik üçün, həm də həyat şərtlərinizi asanlaşdırmaq üçün vazelinin müxtəlif istifadə yolları barədə məlumat verir.

- Təraşdan sonra dərini yumşaldır.

- Dodaqları yumşaq edir və parlaq göstərir.

- Günəşdə yanmayan nahiyələrinizə, xüsusilə, dizlərinizin arxasına və biləklərinizin içinə sürtsəniz, aradakı rəng fərqini bağlayacaq.

- Qaşlara sürtdükdə dərini yumşaldır və onları daha ağrısız şəkildə ala bilərsiniz.

- Kirpiklərin böyüməsinə kömək edir. Gecə kirpiklərinizə sürtün və təsirini görün.

- Quru dəriyə sürtdükdə dərhal təsirini göstərir.

- Saçlarınızı boyayarkən saçınızla alnınızın birləşdiyi yerə sürtün, beləliklə, boya üzünüzdə iz buraxmayacaq.

- Quru və çatlamış dirsəkləri yumşaldır.

- Ətir vurduğunuz nöqtələrə vazelin çəkmək qoxunun daha qalıcı olmasını təmin edir.

- Vazelinin məsamələri tıxaması ilə bağlı bilinənlər yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza sürtə bilərsiniz.

- Gecədən qalan makiyajı təmizləməyi asanlaşdırır.

- Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza sürtdüyünüzdə daha parlaq və təzə bir görünüş verəcək.

- Saçlarınızın ucları sağlıqsız görünürsə, az miqdarda saçlarınıza sürtün.

- Paltarlarınıza bulaşmış kosmetika izi varsa, bunların üzərinə vazelin sürtərək, daha asan çıxmalarını təmin edəcəksiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/645440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR