Taekvondoçumuz ardıcıl ikinci dəfə DÜNYA ÇEMPİONU TİTULUNU qazandı

Taekvondoçumuz ardıcıl ikinci dəfə  DÜNYA ÇEMPİONU TİTULUNU qazandı
22:39 19 May 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani növbəti dəfə dünya çempionu titulunu qazanıb. 
 
ONA-nın məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mançesterdə keçirilən mundialda bütün rəqiblərini məğlub edib. 
 
Bir gün öncə dayanq üzərinə çıxan Milad Beiqi Harçeqani finaladək ardıcıl olaraq, kubalı Xose Komasa (17:4), fransalı İsmael Bouzid Souhiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib.
 
O, bu gün baş tutan finalda Apostolos Telikostooğlu (Yunanıstan) ilə döyüşüb. Olimpiya mükafatçımız rəqibinə şans verməyərək, ardıcıl ikinci dəfə dünya çempionatı qızıl medalla bitirib. Taekvondoçumuz rəqibinə 22:12 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, daha öncə Fəridə Əzizova (67 kq) yığmamıza bürünc medal qazandırıb. Mundiala isə bu gün yekun vurulacaq. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR