İTV "Avroviziya-2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib (FOTO)

İTV "Avroviziya-2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib (FOTO)
22:50 19 May 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İTV "Avroviziya-2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Facebook" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Dünən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb. Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3064597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR