Azərbaycanlı millət vəkili: Marneulidə seçkilər ikinci tura qalmayacaq

Azərbaycanlı millət vəkili: Marneulidə seçkilər ikinci tura qalmayacaq
23:19 19 May 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

“İlkin məlumata görə, Zaur Darğallı icra başçısı seçkilərində qalib gəlib”. 
 
ONA-nın Gürcüstan bürosundan verilən xəbərə görə, bunu Marneulinin azərbaycanlı deputatı Ruslan Hacıyev jurnalistlərə müsahibəsində deyib. 
 
O bildirib ki, səslərin sayıldığı məntəqələr üzrə Zaur Darğallının böyük fərqlə qalib gəlməsi Marneulidə seçkilərin ikinci tura qalmayacağını göstərir. 
 
Qeyd edək ki, hazırda Zaur Darğallının tərəfdarları onun Marneulidəki Qərərgahı önünə toplanıb qələbəni qeyd edirlər. Onların arasında Qaçqın və Məcburi Köçkünlər nazirinin müavini Şota Rexviaşvili, Gürcü Arzusu partiyasından olan Millət vəkilləri Ruslan Hacıyev və İrakli Sesiaşvili də var.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR