“Sepah” baş komandanı: Düşmənlərimizin savaşmağa iradəsi yoxdur

“Sepah” baş komandanı: Düşmənlərimizin savaşmağa iradəsi yoxdur
08:49 20 May 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

 “Sepah” təşkilatının baş komandanı Hüseyn Səlami İranla ABŞ arasındakı son durumla bağlı fikirlər səsləndirib.

ONA xarici mediaya istinadla xəbər verir ki, o, rəhbərlik etdiyi qurumda edilmiş yeni təyinatlarla bağlı Tehranda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, İran müharibəyə meyl etməsə də, lakin baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq gücündədir. 

ABŞ-la müharibə etmək niyyətində olmadıqlarını deyən Səlami əlavə edib ki, savaşdan qorxmurlar, ona həm də tam hazırdırlar: “Düşmənlərimizin savaşmağa iradəsi yoxdur. Bizim isə onlardan fərqimiz ondadır ki, onlar müharibədən qorxurlar, biz isə qorxmuruq. Aydın məsələdir ki, mahiyyəti belə olan bir düşməni məğlub etmək asan işdir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR