“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

“Android” sisteminin hələ  elan edilmiş versiyasında istifadəyə veriləcək  yeni funksiya məlum olub
10:35 20 May 2019
Ölkə mətbuatı
A- A+

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezidenti Deyv Berk “Twitter”də sözügedən sistemin növbəti versiyasında əlçatan olacaq yeni funksiya haqqında məlumat paylaşıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, mobil qurğuda uzun səhifələrin ekran görüntüsünü etmək imkanının çətinlikləri haqqında “Android Police” portalının təsisçisi Artyom Rusakovskinin yazısına cavab olaraq Berk bildirib ki, tərtibatçılar artıq “Android R” platformasında bu funksiyanı əlavə ediblər. İstifadəçilər uzun səhifələri lazımi istiqamətdə hərəkət etdirərək ekran görüntüləri yarada biləcəklər. “Android R” platformasının 2020-ci ildə təqdim ediləcəyi gözlənilir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60840-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR