İsmayıllıda 70-ə yaxın kənd işıqsız qalıb, təsərrüfata ziyan dəyib - İH

İsmayıllıda 70-ə yaxın kənd işıqsız qalıb, təsərrüfata ziyan dəyib - İH
11:29 20 May 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Güclü külək İsmayıllı rayonuna ziyan vurub.

Bu barədə Trend-ə açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayon ərazisində Elektrik təsərrüfatına ciddi ziyan dəyib: "Elektrik xətləri qırılıb. Şəhər ərazisində işıq olsa da, 70-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisi verilmir. Hələlik evlərə ziyan dəyməsi barədə məlumat daxil olmasa da, təsərrüfat obyektlərində dağıntı olması barədə müraciətlər var. Hazırda komissiya müraciətləri araşdırır".

R.Ağayev bildirib ki, hazırda hava şəraiti sabitdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3064727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR