Tovuzu leysan "vurdu"

Tovuzu leysan "vurdu"
12:42 20 May 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda intensiv yağışlar bəzi ərazilərdə problemlər yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Tovuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayon ərazisində dünən axşam saatlarından başlayan leysan yağışlar bəzi kəndlərdə problemlər yaradıb: "Rayon ərazisində elektrik enerjisi təchizatında bir sıra problemlər yaranıb. Aidiyyəti qurumlara yazılı müraciətlər olunub. "Azərişıq" ASC və digər aidiyyəti qurumlar problemin aradan qaldırılmasına çalışır. Bəzi kəndlərdə artıq elektrik enerjisi bərpa olunub. Problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir".

Hazırda rayon ərazisində vəziyyət yaxşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/756357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR