Nazim Babayev Yaponiyada bürünc medal qazandı

Nazim Babayev Yaponiyada bürünc medal qazandı
13:32 20 May 2019
93 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan atleti Nazim Babayev Yaponiyanın Osaka Qızıl Qran-pri yarışında bürünc medal qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub. O, 16,48 metr nəticə göstərib. ABŞ idmançısı Omar Kreddok 17,16 metr göstərici ilə birinci yeri tutub. Çinli Yaming Zhu isə 16,51 metr nəticə ilə gümüş medal qazanıb.

Qeyd edək ki, Babayev bu ilin martında 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu yeniləyib və Avropa çempionu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/756349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR