Əbülfəs Qarayev "Eurovision-2019"da Azərbaycanın xəritəsinin düzgün göstərilməməsinə münasibət bildirdi

Mədəniyyət naziri Əbülfəs Qarayev "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsinə münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələni İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi ilə aydınlaşdıracağıq:

““Eurovision” müsabiqəsinin bünövrəsində televiziyalar durur. Biz bu məsələni İctimai televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq. Bundan sonra təşkilatçılara müvafiq tapşırıqlar verilməlidir. Bu, yolverilməzdir və biz hər zaman bu kimi məsələlərə nəzarət edirik. Azərbaycan xəritəsi hər zaman bütövlükdə verilməlidir. Bəzən “Google Maps”da bu kimi hallara yol verilib və biz onun qarşısını almışıq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR