Cənubi Koreya hökuməti “Linux” sistemindən istifadəyə başlayacaq

Cənubi Koreya hökuməti “Linux” sistemindən istifadəyə  başlayacaq
15:35 20 May 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin nümayəndələri ölkə hökuməti tərəfindən istifadə edilən bütün kompüterlərin tezliklə “Linux” əməliyyat sisteminə keçəcəyini açıqlayıblar. Hazırda Cənubi Koreyanın dövlət müəssisələrində “Windows” əməliyyat sistemindən istifadə olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, “Linux” sistemli kompüterlərin ilkin sınağı Daxili İşlər və Təhlükəsizlik Nazirliyində keçiriləcək. Təhlükəsizliklə bağlı problemlər aşkarlanmayacağı təqdirdə gələcəkdə əməliyyat sisteminin geniş tətbiqinə başlamaq planlaşdırılır.

 

Bildirilir ki, bu qərar “Windows” sisteminin dəstəklənməsinin davam etdirilməsi üçün qiymətlə bağlı narahatlıq fonunda qəbul olunub. Belə ki, “Microsoft” korporasiyasının “Windows” sisteminə pulsuz texniki dəstəyin göstərilməsi 2020-ci ilin yanvarında başa çatacaq. Cənubi Koreya məmurlarının qiymətləndirməsinə görə, “Linux” sisteminə keçid və yeni kompüterlərin alışı 780 milyard vona (təxminən 655 milyon dollar) başa gələcək.

 

Bununla belə, “Linux” əməliyyat sistemi dövlət qulluqçularının kompüterlərinə tətbiq edilməzdən əvvəl mütəxəssislər tərəfindən böyük işlərin görülməsi tələb olunur. Söhbət ilk növbədə əməliyyat sisteminin təhlükəsizliyinin yoxlanılması, eləcə də onun “Windows” üçün hazırlanan internet saytları və müxtəlif proqram təminatı ilə uyğunluğundan gedir. Hökumət nümayəndələrinin fikrincə, açıq çıxış kodlu əməliyyat sisteminin tətbiqi müvafiq infrastruktura xidmətin göstərilməsi üçün lazım olan dövlət xərclərini xeyli azaltmağa imkan verəcək. Bundan başqa, bu addım bir əməliyyat sistemindən asılılığı aradan qaldırmağa kömək edəcək.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60854-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR