Uşaqlarda aqressiv davranış, onun səbəbi və həlli / ARAŞDIRMA

Uşaqlar böyüdükcə, yaşları artdıqca beyinləri də inkişaf edir ətrafda baş verənləri dərk edir, onlara qarşı reaksiyaları artır. Zaman-zaman bir çox uşaqda müxtəlif cür aqresiyalar formalaşır. Uşaqların  aqressiyası tək həkimlərin, müəllimlərin psixioloqların deyil, həmçinin bütün cəmiyyətin problemlərindən biridir. Bu gün aqressiv uşaqların sayı sürətlə artır.

Metbuat.az 1-10 yaş aralığında olan uşaqlarda aqresiya, əsəbililik, bunu yaradan səbəblər, bu halda valideyinlər necə davranmalı, aqresiya ilə nevroloji problemləri necə ayırd etməli yaş sindromları və s. mövzuda araşdırma aparıb.

Uşaqlarda aqresiya və bunu yaradan səbəblər hansılardır?

Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, uşaqların şəxsiyyətlərinin formalaşmasında ətrafdakıların bir-birinə və uşağa münasibəti rol oynayır. Bu məsələnin əsas təməli uşaqla necə münasibət, ona nə verirsən də qurulur. Yəni biz əgər uşaqla normal davranırıq amma evdə ailə üzvləri arasında bir-birimizə qarşı aqressiv hərəkətlər ediriksə bu da uşaqlarda aqresiyaya yol aça bilər. Uşaq döymək, vurmaq, dişləmək bunları bilmir, o, bunların hamısını böyüklərdən öyrənir. Məsələn bir ailədə ata anadan su istəyir. O bunu qışqıra-qışqıra edirsə, uşaqda sabah bu gördüklərini təkrarlayacaq. Böyüklər onun yanında istədikləri şeyi dava ilə həll etməyə çalışdıqca müəyyən zaman sonra eynilə uşaqda onlar kimi davranacaq. Yəni aqresiyanı yaradan səbəblərdən biri böyüklərin düzgün olmayan davranışıdı.

Bundan əlavə uşaqlar valideyinin dilini tutmağa çalışır. Məsələn uşaq düşünür ki, valideyinimdən bir şey istəyərkən küsdüm, ağladımsa və onlar mən dediyimi edirlərsə mənim valideyinimin dili budu. Hər zaman da belə davranım.

Uşaq evdə avtoritetin kim olduğunu bilməlidir

Evdə evin ümumi qayda-qanun olmalıdır və bunlar uşağa da başa salınmalıdır. Bu qanunlarla o evdəki avtoritetin kim olduğunu, onun sözünün eşidilməli olduğunu bilməlidir. O zaman uşaqda iradə və məsuliyyət formalaşmağa başlayacaq. İradə və məsuliyyət formalaşan hər bir uşaq sağlam bir şəxsiyyət kimi yetişəcək. Bundan əlavə iradəli məsuliyyətli uşaq həmdə özgüvənli olmaq deməkdir. Özgüvənli uşaq isə aqressiv olmur.

Uşaqlarda özgüvənsizlik aqressivliyin səbəblərindən biridir

Uşaqlara sən bizim əzizimizsən, sevimlimizsən amma bu evin qanunlarıda var, hər kəs ona əməl etməlidir deyə başa salmaq lazımdır. Bunları 5-6 yaşına qədər hərkətlərlə, daha sonra isə onlarla danışaraq onlara bildirmək lazımdır.

Psixoloji problem və ya yersiz aqresiya. Bunları necə ayırd edə bilərik?

Psixoloqun sözlərinə görə nevroloji uşağı davranış pozğunluğu olan uşaqdan seçmək üçün nervipotoloq, pediatra müraciət etmək lazımdır. Onlar daha düzgün diaqnoz qoyur və ona uyğunda müalicələr edir. Amma nə qədər nevroloji uşaq olsada davranış pozğunluğunu mütləq korreksiya etmək lazımdır. Uşaq xəstəliyini belə istifadə edib valideyininə qarşı gəlməməlidir.

Yaş dövrü sindromları və onların həlli

Fərqanə Mehmanqızı şəxsi təcrübəsinə dayanaraq bildirib ki, 2-3 yaş sindromları deyə bir anlayış yoxdur. Sadəcə şəxsiyyətin formalaşdığı mərhələlər var. O mərhələlər ətrafın münasibətinə uyğun olaraq uşaqlarda qarşı reaksiya verir. Valideyinlər uşağım yaş sindromu keçirir dözüm deyə düşünürsə bunlar düzgün deyil. Əgər sindrom deyə bir şey varsa onda uşaqların hamısında olmalıdır.

Siz övladınızın şəxsiyyətinə nə vermisinizsə onu da geri alacaqsınız

Şəxsiyyətin yetişmə dövrlərində yəni 2, 3, 4 yaşda siz ona və ya ətrafa nə eləmisinizsə sizədə onu qaytaracaq. Və siz bu məsuliyyəti üzərinizə götürməmək və mənim verdiyim tərbiyə budu qavranımını üzərinizə almamaq üçün yaş sindromu deyib psixologiyanın üzərinə atırsınız. Bəzən valideyinlər övladlarının yetişməsində olan səhvləri görüb boyunlarına almaq istəmir. Amma bilməliyik ki, səhvini boynuna almayan valideyin öz səhvini düzəldib övladına nümunə ola bilməz. Və onlar bunun fəsadlarını övladlarının yeniyetməlik dövründə daha çox görəcək.

Unutmaq lazım deyil ki, uşağın şəxsiyyətinin təməlini valideyin düzgün qoyanda cəmiyyətin təsiri daha az olur.

Müasir texnika telefon, kompüterlərin uşaqların davranışlarına təsiri

Psixoloqun sözlərinə görə bunlardan istifadə etmək uşaqların asosiallaşmasına gətirib çıxarır. Bəzi valideyinlər telefonu, planşeti uşaqlara verir ki təki yemək yesinlər, sakit olsunlar. Buda uşağı ətrafdan soyudaraq onlarda nitq problemi, özünəqapanma kimi fəsadlar yaradır. Hətda akademik və pedoqojik dəyərlərin aşağı düşməsinə gətirir.

Unutmaq lazım deyil ki, uşaq danışmalı, ətrafını anlamalı reaksiya verməlidir ki, onun İQ-su yüksək olsun.

Günay İlqarqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR