Mübahisə zamanı 29 illik həyat yoldaşını 15 yerdən bıçaqladı

Türkiyənin Aydın bölgəsində fermerliklə məşğul olan 51 yaşlı Hüsameddin Y. mübahisə zamanı 29 illik həyat yoldaşı Nergis Y-ni 15 yerdən bıçaqlayaraq öldürüb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, hadisədən sonra təslim olmaq üçün avtomobili ilə polis bölməsinə gedən adam baryerlə toqquşaraq qəzaya uğrayıb. Xəstəxanaya yerləşdirilən yaralı adam müalicə olunduqdan sonra həbs olunub.

Bədəninin 15 yerindən yaralan 2 uşaq anası Nergis Y. isə hadisə yerində həyatını itirib. Qadının cəsədi müayinə olunmaq üçün morqa yerləşdirilib.

Jandarma hadisə ilə bağlı istintaq başladıb.



https://metbuat.az/news/1192188/elindeki-narkotik-maddeni-qizinin-ustune.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR