Zelenski növbədənkənar seçki elan etdi

Bu gün andiçmə mərasimi keçirilən Ukraynanın yeni prezidenti Vladimir Zelenski Ali Radanın buraxılacağını, növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

Metbuat.az xəbər verir ki, Zelenski, həmçinin parlamentə müraciət edərək Baş prokuroru, müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifələrindən azad etməyə çağırıb.

Bundan əlavə, yeni prezident deputat toxunulmazlığının da ləğv olunacağını bildirib. "Deputatlar əməllərinə görə cavab verməlidir", - deyə o, parlamentarilərə səslənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR