İcra hakimiyyəti: Gədəbəydə küləyin fəsadları aradan qaldırılıb

İcra hakimiyyəti: Gədəbəydə küləyin fəsadları aradan qaldırılıb
17:17 20 May 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəy rayonunda küləyin fəsadları aradan qaldırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Gədəbəy Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, gecə saatlarında müşahidə edilən yağışlı və küləkli hava şəraiti nəticəsində bəzi kəndlərə gedən elektrik enerjisi xətlərində problemlər yaranıb: "Nəticədə həmin kəndlərin elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb. Fasilələr təxminən 30 dəqiqə davam edib. Dərhal aidiyyəti qurumların nümayəndələri həmin ərazilərdə olub və problem aradan qaldırılıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/756427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR