"Neftçi"nin qovduğu futbolçu Xorvatiya millisinə dəvət aldı

"Neftçi"nin qovduğu futbolçu Xorvatiya millisinə dəvət aldı
18:57 20 May 2019
127 İdman
Ölkə mətbuatı
A- A+

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Xorvatiya millisinin Uels və Tunislə yoxlama görüşü üçün heyəti açıqlanıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, baş məşqçi Zlatko Daliç 32 futbolçuya dəvət yollayıb. Yığmaya dəvət alanlar arasında Türkiyənin "Rizəspor" klubunun müdafəçisi Dario Melnyak da var. 26 yaşlı futbolçu ilk dəfə milliyə çağırılıb.

"Neftçi" Melnyakı  2016-cı ilin yayında Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. Lakin onunla müqavilə altı ay sonra xitam verilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/756467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR