"Qarabağ"a çox pis xəbər

"Qarabağ"a çox pis xəbər
15:01 15 Yanvar 2015
173 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubunun futbolçusu Muarrem Muarrem Türkiyə klubuna keçir.

ANS PRESS-in məlumatına görə, "Eskişehirspor" klubu 26 yaşındakı futbolçu Muarem Muarem ilə razılığa gəlib. Makedoniya əslli oyunçunun cümə gününə qədər "Eskişehirspor"un Antaliya düşərgəsinə gedib rəsmi müqavilə imzalayacağı bildirilir.

Muarrem bu mövsüm "Qarabağ" klubu ilə Avropa Liqasında 6 matçda meydançaya çıxıb. Bu oyunlarda bir də qol vurub.

Qeyd edək ki, "Eskişehirspor" klubunun yeni baş məşqçisi Mixael Skibe dünən mətbuata verdiyi açıqlamada bir neçə futbolçu ilə danışıqlar aparıldığını bildirmişdi.

Muarrem Muarrem 2012-ci ildən “Qarabağ” klubunun formasını geyinir. O, bu il Hollandiyanın "Tvente" klubuna səfərdə qol vuraraq "Qarabağ"ı Avroliqanın qrupuna salmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=319870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR