Salyanda avtomobil maneəyə çırpılıb, 28 yaşlı gənc xəsarət alıb

Salyanda avtomobil maneəyə çırpılıb, 28 yaşlı gənc xəsarət alıb
08:27 21 May 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Aran bürosunun verdiyi məlumata görə, Yenikənd kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.
Nəticədə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov İlkin İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-avtomobil-maneeye-cirpilib-28-yasli-genc-xesaret-alibasfue

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR