Volvo avtomobillər üçün qəza məsləhətçisi xidmətini təklif edir

Volvo avtomobillər üçün qəza məsləhətçisi xidmətini təklif edir
08:32 21 May 2019
Ölkə mətbuatı
A- A+

Təhlükəsiz həyat məsələsini ön plana çəkən "Volvo"digər mobil texnologiyaları da yaxından izləyir.

Milli.Az chip.az-a istinadən bildirir ki, "Volvo" mobil tətbiqetməsinə yeni bir xüsusiyyət əlavə etdi. Telematik texnologiyasının tətbiq olunduğu bu proqram sayəsində istifadəçilər vasitələri ilə bağlı məlumatları telefonları ilə əldə edə bilirdilər. Hər hansısa qəza zamanı bu proqram vasitəsilə "Volvo" mərkəzi ilə  birbaşa əlaqə qurmaq mümkündür. Yeni xüsusiyyət sayəsində "Volvo" istifadəçiləri qəza zamanı müvafiq mərkəzə qoşularaq nə etməli olduqları haqqında məlumat ala bilərlər.

Mobil proqramdan "Qəza Məsləhətçisi" bölməsini seçən vasitə sahibi ilk növbədə vəziyyəti haqqında məlumat verir. Daha sonra operatorun köməyi ilə əlaqə yaradılır. Bu əlaqə sayəsində vasitənin sahibi sistemə qəza ilə bağlı lazımi məlumatları daxil edir. Belə ki, avtomobilin fotosunu, qəzanın necə baş verdiyi haqqında məlumatı və ünvanını birbaşa sığorta şirkətinə göndərir. Vasitə sahibi qəza məsləhətçisinin köməyi ilə ən yaxın təmirçilərə müraciət edə bilər.

Bir "Volvo" sahibi olsanız aşağıdakı "Volvo"nun mobil tətbiqinə daxil ola bilərsiniz:

https://itunes.apple.com/tr/app/volvo-on-call/id439635293?l=tr&mt=8

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/755946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR