Alimlər insan bədənində hərəkət edə biləcək robot hazırlayırlar

Alimlər insan bədənində hərəkət edə biləcək robot hazırlayırlar
08:42 21 May 2019
121 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tibbi texnologiya sahəsində əldə olunan nailiyyətlət texnoloji yeniliklərin həyatımızda hansı rol oynadığını göstərir.

Milli.Az chip.az-a istinadən bildirir ki, alimlər tərəfindən hazırlanan "uçan balina" adlı bir mini robot bədənimizə daxil olur və dərmanları doğru yerlərə aparır. Xüsusilə xərçəng xəstələri üçün maraqlı olan bu robot hədəf alınan xərçəng hüceyrələrinə doğru hərəkət edərək dərman paylaşımını həyata keçirir. Dəyişkən ölçülərdə yetişdirilən robotların ölçüləri millimetrlərlə ifadə olunur.

Hong Kong şəhər universitetində çalışan alimlər tərəfindən hazırlanan uçan balina açılıb bağlanan qanadlara və quyruğa malikdir. Bu xüsusiyyət sayəsində uçan balina qan içində sərbəst hərəkət edə bilər.

3D printerləri istifadə edərək hazırlanan uçan balinanın bədəni plastik bir quruluşa malik deyildir. Uçan balinanın quyruğu Kardiyomiyosit hüceyrələrlə (ürək əzələsi hüceyrəsi) örtülüdür. Bu da quyruğa hərəkət etməyə imkan verir. Uçan balinanın qanadlarında işığa həssas hidrojeldən istifadə edilmişdir. Bu hidrojelin köməyi ilə qanadların mövqeyi dəyişir.

Uçan balina necə işləyir?

Vücudumuzdakı xərçəng hüceyrələri infraqırmızı işıq ilə işıqlandırılır. Uçan balina burada infraqırmızı işıqdan təsirlənərək hidrojelin köməyi ilə qanadlarını bükür. Quyruqda olan ürək əzələsinin qüvvəsi qanadların bükülməsi ilə meydana gələn sürtünmə qüvvəsini aşa bilməz. Beləliklə bu kiçik robot hərəkətsiz qalır və dərmanı həmin bölgəyə buraxır. Mövzuyla bağlı açıqlama verən dosent Zi Chen bu vəziyyəti əl əyləci olan bir vasitənin sürətləndirici pedalına basmağa bənzədir. Testlərdə müvəffəqiyyətli olan bu robotun qanadlarının ayrı-ayrı bükülə bilməsi üçün çalışan alimlər beləcə robotun hərəkətliliyini artırmağı hədəfləyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/755947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR