Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - Qətlin səbəbi açıqlandı

Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - Qətlin səbəbi açıqlandı
09:17 21 May 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda, Sabunçu rayonunda, Nardaran qəsəbəsində dünən ağır cinayət baş verib. Polisdən verilən məlumata görə, 50 yaşlı Nardaran sakini Tahir Bağırov 77 yaşlı anası Rübabə Bağırovanı yaşadıqları evdə boğaraq öldürüb, daha sonra meyti yandırıb. Qadının yox olmasından qonşular narahat olublar və bu barədə polisə məlumat veriblər. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, hadisədən sonra Tahir Bağırov cinayət yerindən qaçıb, lakin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı müəyyən olunub ki, ana və oğul arasında münaqişə olub.

Məlumata görə, oğul anasından yaşadıqları torpağın 4-5 sotunu satmaq üçün razılıq istəyib. Lakin Rübabə Bağırova razı olmayıb. Bundan qəzəblənən Tahir Bağırov anasını boğaraq öldürüb, sonra isə üstünə kerosin tökərək yandırıb.

Hər 2 faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/756544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR