Avstraliyada helikopter qəzaya uğrayıb, 3 nəfər yaralanıb

Avstraliyada helikopter qəzaya uğrayıb, 3 nəfər yaralanıb
10:47 21 May 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyanın şimalında göyərtəsində üç nəfərin olduğu helokopter qəzaya uğrayıb.
"Report" "9News" telekanalına istinadən xəbər verir ki, qəza bu gün səhər Şimal ərazisi regionundakı "Kakadu" milli parkında baş verib.
Avstraliyanın Dövlət Parklar Xidmətinin nümayəndəsi bildirib ki, qəza zamanı helikopterdə olan 2 park işçisi və pilot yaralanıb.
"Yaralananlar regionun təcili yardım xidmətləri tərəfindən Darvinə (bölgənin inzibati mərkəzinə - red.) aparılıblar", - o deyib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstraliyada-helikopter-qezaya-ugrayib-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR