İlahiyyat İnstitutunda “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda təlim keçirilib (FOTO)

İlahiyyat İnstitutunda “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda təlim keçirilib (FOTO)
10:50 21 May 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA Hüquq və İnsan Haqları İnstitutu Hüquq məsələlərinin müqayisəli təhlili şöbəsinin elmi işçisi Səid Musayevin təqdimatında “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda seminar təşkil olunub.

İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq, İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü nəzərə çatdırıb. Mövzunun, həmçinin din tarixinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Yəhudiliyin ölkə ərazisində qədim tarixə malik olduğunu bildirən İ.Əlimuradov Azərbaycan cəmiyyətinin dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu qeyd edib.

AMEA Hüquq və İnsan Haqları İnstitutu Hüquq məsələlərinin müqayisəli təhlili şöbəsinin elmi işçisi Səid Musayev “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda məruzə ilə çıxış edib. Avropada yəhudi icmasının həyat tərzi və onların üzləşdikləri problemlər haqqında ətraflı danışıb.

S.Musayev bildirib ki, yəhudiləri, əsasən, “sefard”, Avropada məskunlaşanları isə “aşkenazlar” adlandırırlar. Dünyada yəhudilərin sayının 16 milyona yaxın oduğunu qeyd edən S.Musayev yəhudi icmalarının tarixi haqqında da məlumat verib.

Seminarda, həmçinin qeyd olunub ki, ölkəmizdə məskunlaşan yəhudilər xasidilik dini-siyasi axınından və reformistlikdən uzaqdırlar.

Tələbələrin və qonaqların qatıldığı təlim maraqlı müzakirələrlə davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3065329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR