​"2020-ci ildən etibarən Azərbaycan Asiya İnkişaf Fondunda donor kimi iştirak edəcək": Samir Şərifov

"2020-ci ildən etibarən Azərbaycan Asiya İnkişaf Fondunda donor kimi iştirak edəcək".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, məbləğ 2020-ci il büdcəsində bilinəcək:

"Həmin fond Asiya İnkişaf Bankına üzv olan ölkələrə aşağı faizlə kreditlər verilməsini təmin edəcək. Bu tipli fondlar Dünya Bankı və digər maliyyə institutlarında da var. Təbii ki, ayıracağımız vəsait o qədər də yüksək məbləğ olmayacaq. Amma konkret məbləğ 2020-ci ilin büdcəsi təsdiqlənın vaxt bilinəcək".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR