Dünən hər kəs ona baxdı... - FOTO

Dünən hər kəs ona baxdı... - FOTO
11:05 21 May 2019
157 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən gündən etibarən Ukraynaya rəhbərlik edən Vladimir Zelenskinin xanımı Yelena Zelenskayanın inauqurasiya mərasimindəki zərif görünüşü hər kəsin diqqətini cəlb edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "First-lady" təntənəli mərasim üçün ukraynalı dizaynerlərə məxsus geyim və aksessuarlardan istifadə edib.

Məlumata görə, ağ rəngli libas və jaket dizayner Artem Klimçuka məxsusdur. Ümumilikdə, bu geyim 184 saat ərzində 7 ustanın əziyyəti sayəsində ortaya çıxıb.

Birinci xanımın sırğaları da "Guzema Fine Jewelry" zərgərlik brendi tərəfindən eskiz əsasında xüsusi olaraq onun üçün hazırlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/756576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR