“Qızıl pillə” adlı Milli Kinofestival təsis olunub

“Qızıl pillə” adlı Milli Kinofestival təsis olunub
13:55 21 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni Milli Kinofestival təsis edib.

Kinematoqrafçılar İttifaqından Trend-ə verilən məlumata görə, “Qızıl Pillə” adlanan Milli Kinovestivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.

İki ildən bir, noyabr ayında, Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək.

Müsabiqənin şərtləri haqda ətraflı məlumatı İttifaqın saytından (Arki.az) əldə etmək mümkündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3065427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR