Azərbaycanlı model sevgilsini bıçaqladı? - Günün olayı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model-aktrisa Günay Musayeva sevgilisini bıçaqlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, modelin sevgilisi Taha Tatlıcı mübahisə zamanı Günayı və oğlunu döyüb.

Məsələ ilə bağlı ilk dəfə "Kanal D"-də yayımlanan "2.Sayfa" verilişinə danışan G.Musayeva iddiaları yalanlamayıb:

"Çox pisəm, çətin anlar yaşayıram və danışmaq istəmirəm".

Günay polisə verdiyi fadəsində oğlunu və özünü qorumaq üçün sevgilisini bıçaqladığını bildirib.

Modelin 2,5 ilə qədər həbsi tələb olunur.

Qeyd edək ki, məşhur model Günay Musayeva ötən günlərdə iştirak etdiyi canlı yayımların birində keçmiş həyat yoldaşı haqqında danışarkən oğlu ilə maraqlanmadığını bildirib. Bu xəbərlərlə gündəmə gələn Musayevanın oğlunu və özünü döyən sevgilisini bıçaqlaması gündəmə bomba kimi düşüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR