Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?

Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?
14:52 21 May 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Günümüzdə ən çox rast gəlinən hallardan biri də valideynlərin övladlarını qohumla evləndirməsidir. Bu çoxdan ölkə miqyaslı problemə çevrilib. Bəziləri bunun daha düzgün olduğunu, digərləri belə evliliklərin fəsadları olduğunu bildirirlər. 

2016-ci ildə Tacikstanda qohum evlilikərin qadağan olunması barədə qanun qəbul edilib. Özbəkstanda isə belə bir layihə hazırlanıb, amma hələ ki qanun kimi qüvvəyə minməyib.

Azərbaycanda da belə qadağa qüvvəyə minə bilərmi?

Milli.Az bildirir ki, modern.az saytı qohum evliliklərlə bağlı məsələyə dair Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadədən münasibət  öyrənib.

Hüquqşünas bu kimi hallara daha çox Şərq ölkələrində rast gəlindiyini deyib:
"Bir çox ölkələrdə məsələyə dair müxtəlif təkliflər var. Bu cür problemlərə daha çox Şərq ölkələrində rast gəlinir. Azərbaycan qanunvericiliyində bu tip qadağa yoxdur, əksinə bəzi bölgələrdə el adətləri var ki, orada belə evliliklərə çox rast gəlinir. Xüsusi ilə bibiqizi və dayıoğlu arasında qohum evliliyi daha çox müşahidə olunur. Bizim komitəyə bununla bağlı şikayət olunmayıb".

Tural Hüseynzadə deyir ki, qadağa olmadığı təqdirdə belə evliliklərə rast gəlinəcək. Onun sözlərinə görə, hələ ki insanları maarifləndirməsi ilə qohum evliliklərindən çəkindirmək olur. Amma bir çox hallarda töviyələrə, maarifləndirməyə əhəmiyyət verməyənlər də olur:

"Bu cür evliliklərdə xırda problemin aradan qaldırılması daha çətin olur, nəinki əvvəllər bir-birin tanımayıb ailə quranlarda. Qohumlar bir-birlərinin hər xasiyətini bildiyinə görə və daha təməldən aralarında olan münasibətləri əsas gətirib problemləri böyüdürlər.

Tanış olmayan evliliklərdə ən uzağı ata və analar bu problemləri bilir, amma iki yaxın qohumun ailə problemini bütün nəsil bilmiş olur. Buna görə də məsləhət verən, müdaxilə edən də pis-yaxşı tərəfdən çox olduğuna görə ailədaxili münaqişənin xırda detalı artıq böyüyür və bu da ailənin dağılmasına yol açır".

Komitə rəsmisi bu cür problemlər yalnız qlobal hal aldıqda o haqda tədbir görüldüyünü deyir:

"Problemlər yarandıqda dövlət qurumlarının əsasnaməsinə uyğun hərəkəti var. Hər bir məsələ daha çox qlobal problem yaratdıqca, onun həll olunması istiqamtində işlər görülür. Bizə ailənin münaqişəsi ilə bağlı müraciətlər olur, amma sırf qohum evliliyinin əleyhinə müraciətlər yoxdur. Bu evliliklər millətimizin öz qənaətidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/756637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR