Rusların böyük türk sevgisi (FOTO)

Rusların böyük türk sevgisi (FOTO)
15:11 15 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya gələcəkdə qazını Avropaya yalnız Türkiyə yolu ilə ixrac edəcək.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın “Qazprom” şirkətinin başçısı Aleksey Miller Avropa Komissiyasının iqtisadi ittifaq üzrə sədri Maroş Şefçoviç ilə söhbəti zamanı söyləyib.

Onun sözlərinə görə, Avropa ölkələri cəmi bir neçə il ərzində Rusiya qazını Türkiyə və Yunanıstandan keçməklə daşımağa imkan verən yeni infrastruktur tikməlidirlər. “Əks halda, bu qaz həcmləri başqa bazarlara daşınacaq”, - deyə Miller vurğulayır.

“Hazırda Ukraynadan keçən 63 milyard kubmetr Rusiya qazını ixrac etmək üçün “Türk axını” qaz kəməri yeganə marşrutdur. Başqa variant yoxdur. Bizim avropalı tərəfdaşlarımıza bu bildirilib və onların əsas işi Türkiyə - Yunanıstan sərhədindən o tərəfə infrastruktur yaratmaqdır.

“Qazprom” rəhbəri Ukrayna ərazisindən Rusiya qazının tranzit həcmlərinin ildən ilə azaldılacağını vurğulayıb və bunu qaz tranziti üçün mövcud olan risklərlə izah edib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR