Həyat yoldaşı ağacı kəsdikdə elə bir şey hazırladı ki... /FOTOLAR

Bəzi insanlar öz əl qabiliyyətləri ilə istifadə olunmayan əşyalardan olduqca yaradıcı bir şəkildə yeni şeylər ortaya çıxarırlar.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, nəticə hər zaman düşündükləri və planlaşdırdıqları kimi mükəmməl olmasa da çox zaman ortaya olduqca yaradıcı və gözəl şeylər çıxır.

“Youtube” və intenetdə hazırladığı layihələrlə məşhur olan Miminin gördüyü işlər də izləyicilərini təəccübləndirib.

Həyat yoldaşının həyətlərindəki çürümüş ağacları kəsməsi ilə Miminin ağlına yaradıcı bir fikir gəlib. O, həyat yoldaşından kötüyün qalan hissələrini A formasında kəsməsini istəyib.

Daha sonra sədr ağacından bu kötüyə dam hazırlayıb. Kötüyün geridə qalan hissəsini hazırlayana qədər damın zərər görməməsi üçün qara selofanla örtüb.

Ən sonda isə kötüyün kiçik bir evə bənzəməsi üçün qapılar və pencərələri də əlavə edib. Mimi bu yaradıcı fikri ilə həm kəsilmiş ağacın səliqəsiz görüntüsünü yox etmiş, həm də həyətini bu gözəl görünüşlü ağacla bəzəmiş olub.







https://metbuat.az/news/1192314/anasinin-canli-canli-basdirdigi-korpeni.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR