Şamaxıda böyük təmizlik

15:12 15 Yanvar 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

Son günlər havaların şaxtalı keçməsi ilə  bəzi yollar buz bağladı, şəhərdaxili yollar qar səbəbindən keçilməz oldu. Hətta buzlu yollarda yıxılıb xəstəxanalıq olanlar da oldu.

Şamaxıda bu cür halların təkrar yaşanmaması üçün təxirəsalınmaz tədbirlər görülür.

"KANAL S" (Region TV) xəbər verir ki, küçə və prospektlər qardan və buzdan təmizlənir. Ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətini təmin etmək məqsədilə bütün mərkəzi küçələr və məhəlləarası yollar qardan təmizlənir. Rayonun KTİB-in 50 nəfərlik işçi biriqadası yollarda təmizliklə məşğuldur. Bütün bu işlərlə yanaşı, yol idarəsi tərəfindən yollara duz səpilib, nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR