Mingəçevirdə usta hündürlükdən yıxılıb - Vəziyyəti ağırdı

Mingəçevirdə usta hündürlükdən yıxılıb - Vəziyyəti ağırdı
21:04 21 May 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində bədbəxt hadisə qeydə alınıb.
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Energertik” yaşayış massivində, Çörək zavodunun yanındakı tikilidə baş verib. 
 
Belə ki, hündürlükdə təmir işləri yerinə yetirən usta -1957-ci il təvəllüdlü, şəhər sakini Şıxəliyev Ədalət Mustafa oğlu ehtiyatsızlıqdan oradan yıxılaraq çoxsaylı bədən xəsarətləri alıb.
 
Yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun çanaq, ayaq, çənə və qabırğa nayihələrində müxtəlif ağır sınıqların olduğu müəyyən olunub.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR