Bu ölkə “Visa” və “MasterCard”dan - İMTİNA EDİR

Bu ölkə “Visa” və “MasterCard”dan - İMTİNA EDİR
21:37 21 May 2019
Ölkə mətbuatı
A- A+

Venesuelanın Mərkəzi Bankı və bank sektorunun institut idarəsi (SUDEBAN), "Visa", "Mastercard" və "Maestro" ilə mövcud müqavilələrdən imtina etməyi planlayırlar.

Milli.Az banker.az-a istinadən xəbər verir ki, qeyd edildiyi kimi, debet kartları üzrə əməliyyatlar 2019-cu ilin 30 noyabr, kredit kartları üzrə əməliyyatlar isə 2020-ci ilin 30 yanvar tarixindən etibarən dayandırılacaq.

SUDEBAN ölkənin maliyyə qurumlarına müstəqil ödəniş sisteminin yaradılmasını və biometrik identifikasiya ilə suveren ödəniş sisteminin inkişaf elətdirilməsini tapşırıb.

Bütün bu tədbirlər "Visa" və "Mastercard" ödəniş sistemlərinin sanksiyalarından xəbər verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/756724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR