Günay sevgilisini "BIÇAQLAMASI" xəbəri haqqında danışdı - İLK DƏFƏ

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlaması xəbərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə model instaqram səhifəsində status yazıb. O, sevgilisini bıçaqlama xəbərini inkar edib: "Bu gün haqqımda çıxan sevgilim Taha Tatlıcını bıçaqlama xəbəri həqiqətən uyğun deyil və üzücüdür. Həm mənə, həm də sevgilimə qarşı ağır bir ittiham ortaya atılıb. Taha ilə aramızdakı mübahisəni qonşular polisə bildirib. Aramızda heç bir problem yoxdur və hazırda birlikdəyik”.

Qeyd edək ki, Türkiyə mediasında Günayın sevgilisini bıçaqladığı xəbərləri yazılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR