Bakıda bu ərazilərdə hava daha çox çirklənməyə məruz qalır - SİYAHI

Bakıda bu ərazilərdə hava daha çox çirklənməyə məruz qalır - SİYAHI
15:54 22 May 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

May ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən BakıSumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib.
 
ONA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
 
O bildirib ki, Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçuda aparılmış monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub, bu da həmin ərazilərdə avtomobillərin çoxluğu ilə əlaqədardır.
 
Nazirlik rəsmisinin sözlərinə görə, Bakıda tozun miqdarı normadan yuxarıdır: "Bu, Bakının bütün rayonlarında tikinti işlərinin aparılması ilə bağlıdır. Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır".
 
U. Tağıyeva qeyd edib ki, müqayisəli təhlillərə əsasən, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti  daha əlverişlidir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR