Xətai, Nizami, Səbail, Nərimanov, Sabunçu əraziləri daha çox çirklənməyə məruz qalır - Umayra Tağıyeva

"Atmosfer havasının keyfiyyəti insan səhhətinə təsir göstərən amildir. Buna görə də, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönələn iri miqyaslı layihələr icra olunur".

Metbuat.az-ın məlumatına görə, buna misal kimi şəhərin mərkəzində köhnəlmiş sənayə müəssisələrinin ləğv edilməsi, onların yerində gözəl istirahət məkanları, parkların salınmasını göstərmək olar (Məsələn Ağ şəhər, zavodların yerində bulvarın genişləndirilməsi və sair):

"Keyfiyyət göstəricilərini yüksəltmək üçün Bakı şəhərinin sürətlə yaşıllaşdırılması çox effektiv üsullardan biridir. Nazirlik tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Qeyd etmək lazımdır ki, şəhər sakinləri də bu prosesə fəal cəlb edilir. Belə ki, 2019-cu ilin yaz ağacəkmə kampaniyasında 305 mindən çox ağac tingi əhalı arasında paylanılıb. Bütün bunlar şəhər mühitinin sağlamlaşdırılmasına xidmət göstərir.

Lakin, buna baxmayaraq dünyanın iri şəhərlərinə xas olan hava keyfiyyəti problemləri Bakı şəhəri üçün də səciyyəvidir.

Burada iri sənayyə müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması ilə bağlı nəqliyyatın sayının çox olması atmosfer havasına öz mənfi təsirini göstərməkdədir".

Umayra Tağıyeva bildirib ki, atmosfer havasının keyfiyyəti daimi nəzarətdə saxlanılır: "Bu məqsədlə mütamadi olaraq monitorinq keçirilir, istehsal sahələrinə müvafiq göstərişlər verilir.

Belə ki may ayında Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib.

Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir gədər çox olub. Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur.

Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdir.

Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır".

Departament direktoru bildirib ki, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə görə azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb. Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də səhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir.

Digər ərazilərlə müqaisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır.

Bakı şəhəri Heydər Əliyev adına “Neft Emalı” zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə mügayisədə daha yüksək olub.

Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə - Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot-4 oksid, kükürd qazı, dəm qazı, Toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər.

SUMQAYIT şəhərində də anoloji monitoriqlər həyata keçirilib. Nəticədə Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub.

Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tərbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür.

Nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirlər davam etdirilir".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR