Kərimcan Bakıya niyə gəlmədi? - Ruhi fikrini dəyişib

Kərimcan Bakıya niyə gəlmədi? - Ruhi fikrini dəyişib
16:47 22 May 2019
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur diceyi Kərimcan Durmazın Bakıda keçirilməli olan konserti ləğv edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kərimcan aprelin 19-da Ruhi Əliyevanın rəhbərlik etdiyi "Liatris Holding"in təşkilatçılığı ilə paytaxtımızın qonağı olmalı idi. Hətta bununla bağlı Ruhi Əliyeva ilə Kərimcan Durmaz arasında müqavilə də imzalanmışdı. Kərimcanın şousunu Bakının məşhur məkanlarından birində nümayiş etdirməsi nəzərdə tutulurdu. Bununla belə, son anda tərəflər arasındakı razılaşmaya xitam verilib.

Ruhi Əliyevanın mətbuat xidmətindən axşam.az-a bildirilib ki, bu iş adamının öz istəyi ilə baş verib:

"Ruhi xanım qərarını dəyişərək Kərimcan Durmazı Bakıya gətirmək fikrindən vaz keçib".

Qeyd edək ki, R.Əliyeva bundan öncə SılaSibel Can kimi məşhur türkiyəli sənətçilərin Bakı konsertini təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/757010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR