Elmar Məmmədyarov BMTİP-in Azərbaycandakı yeni rezident nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov BMTİP-in Azərbaycandakı yeni rezident nümayəndəsini qəbul edib
18:27 22 May 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT İnkişaf Proqramının Azərbaycan Respublikasına yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib.
XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir A.Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. E.Məmmədyarov Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayıb və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd edib.
Öz növbəsində, A.Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verib və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-bmti-p-in-azerbaycandaki-yeni-rezident-numayendesini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR