Uzun fasilədən sonra... - Öcalanla bağlı yeni gəlişmə

Uzun fasilədən sonra... - Öcalanla bağlı yeni gəlişmə
18:37 22 May 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın vəkilləri 8 ildən sonra ilk dəfə terrorçunun saxlanıldığı İmralı həbsxanasına gəlib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, vəkillər Abdullah Öcalanla görüşəcəklər.

Jandarm qüvvələrinin müşayiəti ilə İmralı adasına gələn vəkillər PKK liderinə alt paltarı, gündəlik qəzetlər və bir neçə kitab gətiriblər.

Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi bir neçə gün əvvəl Abdullah Öcalanla görüş qadağasının ləğv edildiyini açıqlayıb.

PKK lideri sonuncu dəfə bu ilin yanvar ayında qardaşı Mehmet Öcalanla görüşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/turkey/757070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR