Rada prezidentə qarşı: Zelenskinin təklifi rədd edildi

Rada prezidentə qarşı: Zelenskinin təklifi rədd edildi
19:22 22 May 2019
144 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Radası Prezident Vladimir Zelenskinin təklif etdiyi Seçki qanunu layihəsini gündəmə çıxarmaqdan imtina edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Zelenskinin təklifinin dəstəklənməsi üçün keçirilən səsvermədə təklifin lehinə 92 deputat səs verib. Təklifin gündəmə gəlməsi üçün nəzərdə tutulan 226 səsin toplana bilməməsi ucbatından qanun layihəsi müzakirəyə çıxarılmayıb. Bundan sonra Radanın sədri Andrey Parubiy parlamentin növbədənkənar iclasını qapadıb.

Qeyd edək ki, Zelenskinin təklifinə əsasən, ölkədə majoritar sistem ləğv edilməli, partiyaların Radaya düşməsi üçün baryer 5%-dən 3%-ə endirilməli idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/757077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR