Conas Blu: "Avropa Liqasının final səhnəsində çıxış etmək imkanı sadəcə xəyaldır"

Conas Blu: "Avropa Liqasının final səhnəsində çıxış etmək imkanı sadəcə xəyaldır"
19:27 22 May 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə futbolu üçün necə də gözəl gündür. Doğma Londonumun iki klubunu Avropa Liqasının finalında görmək xoşdur". 
"Report"un məlumatına görə, bunu "Arsenal" və "Çelsi" komandaları arasında Bakı Olimpiya Stadionundakı final matçının açılış mərasimində çıxış edəcək məşhur britaniyalı musiqiçi Conas Blu UEFA-nın rəsmi saytına açıqlamasında deyib. "Rise" və "Polaroid" kimi hitlərin müəllifi nəhəng tədbirdə iştirak, stadionda azarkeşlər və evdə milyonlarla televiziya tamaşaçıları qarşısında çıxış etmək imkanını səbirsizliklə gözlədiyini vurğulayıb. 
Blu son iki ildə populyarlığının pik həddindədir. 29 yaşlı ifaçı indiyədək 40 milyonadək sinqlini satıb. O, həm də Böyük Britaniyanın ən tanınmış DJ-lərindəndir. 
"Belə bir imkanı qazanmaq sadəcə, xəyal idi. Belə nəhəng səhnədə çıxış etmək imkanı insana görünməmiş hisslər bəxş edir. Finalda Londonun iki komandasının oynaması faktı isə ingiltərəli fanatlar üçün sadəcə, ağlasığmazdır" deyə sənətçi vurğulayıb.
Qeyd edək ki, Conas Blu mayın 29-da 150 yerli rəqqasla çıxış edəcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/conas-blu-avropa-liqasinin-final-sehnesinde-cixis-etmek-imkani-sadece-xeyaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR