Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq - Nazir əmr imzaladı

Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq - Nazir əmr imzaladı
19:29 22 May 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxil işlər orqanlarının şəxsi heyəti mayın 27-dən 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
 
Əmrdə ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılacaq “Fanzone”da, habelə “Sahil” bağı və “Qış Parkı”nda təşkil ediləcək əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
 
Həmçinin, paytaxtda avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlərin görülməsi, yol hərəkət qaydalarının pozulması, nəqliyyat vasitələrinin müəyyən edilməmiş yerlərdə, o cümlədən səkilərdə saxlanılması hallarının qarşısının alınması təmin olunacaq.
 
Strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndiriləcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR